“Qala Bazar” hamam kompleksinin tikintisində istifadə olunan çay və dəniz daşları , dekor və tavanın taxta işləmələri ən azı 100 il yaşa malikdir ki, bu da tikilini görünüşcə şəhərimizdə tikilən qədim hamamlardan heçdə fərqləndirmir. Hamam 1 böyük və 4 kiçik günbəzdən və şərq üslubunda qurulmuş arka sütunlardan ibarətdir. Hamam kompleksi türk hamamı, fin hamamı, cakuzi- spa , yay və qış hovuzlarından ibarətdir. Bundan əlavə hamamda mini bar və vitamin bar fəaliyyət göstərir. Fin hamamında istilik adətən 80-110 dərəcə olur.Türk hamamında isə istilik 30 -60 dərəcə arasında dəyişirki, bu da yüksək temperaturda oturmağa sağlamlığı imkan verməyən insanlar üçün nəzərdə tutulmuşdur. Hamamın insan sağlamlığına xeyri çoxdur. Uzun müddət qalmamaq şərti ilə, isti su və sabunla ediləcək təmizlik üçün ən uyğun yer olan hamamda, tərləyən bədənin, lif və ya kisəylə ovularak yuyulması, qan dövranını sürətləndirdiyi üçün rahatlıq hissi verir.Bundan başqa hamamın insan orqanizminə olan xeyri aşağıdakılardan ibarətdir :

  • Stressi yüngülləşdirir, bədəni boşaldır və sakitləşdirir.
  • Sümük gərginliklərini və ağrılarını aradan qaldırır
  • İmmun sistemini dəstəkləyir.
  • Linfa sistemi təmizliyini artırır.
  • Qan dövranını artırır.
  • Bədənin metabolik fəaliyyətini artırır.
  • Dərinin gənc və təzə qalmasını təmin edir.
  • Son zamanlarda xərçəng və infeksiya xəstəliklərinə qarşı istifadə edilən müalicələrdən biri buxar istisi və buxar hamamlarıdır.
  • Buxar duşları bədəni yağ toksinlərdən təmizləmək üçün çox təsirlidi.

 

Hamamın içində insanların rahat şəkildə yuyunması, kisələnməsi, masaj, manikür, pedikür, bərbər və s. xidmətlərdən istifadə etməsi üçün hər bir şərait yaradılmışdır.İsti hamamdan sonra müştərilərə mürəbbəli çay, kofe, qəlyan təklif olunur. Hamamın professinal xidmət personajı müştəri məmnunluğunu daim nəzarətdə saxlayır.

Hamamda iş qrafiki :

Həftənin müəyyən günləri qadınlar müəyyən günləri isə kişilər