milli

“Qala Bazar” restoranı həm görünüşcə həm də yeməklərinin müxtəlifliyi və keyfiyyətinə  görə şəhər sakinləri tərəfindən sevilən məkanlardan biridir. Menyunun əsasını öz rəngarəngliyi və gözəlliyi ilə seçilən ənənəvi milli və şərq mətbəxi təşkil edir. Restoran  3 otaqlı , 25-30 nəfərlik olmaqla 8  seksiyadan , 100-120  nəfərlik banket zalından, furşet, çayxana, bar, piyvə və  1000 nəfərlik açıq havada qonaq qəbul edə biləcək yay zalından ibarətdir. Burada inşa edilmiş seksiyaların hər biri memarı cəhətdən biri-birindən fərqlənir.Seksiyaların və banket zalının tikintisində   dəniz və çay daşılarının qarışıq istifadəsi tikiliyə xüsusi ahəngdarlıq verir. İnteryerin əsasında şərq memarlıq ənənələri durur: dəniz və çay daşları, taxta tavan, qədim məişət əşyaları,təbiilik otaqlara xüsusi orjinallıq verir.Bundan əlavə otaqların hər birinin qədim əşyalarla bəzədilməsi bura istirahətə gələn insanlarda xoş ovqat yaradır.Restoranın həyətində insanların gəzintisi üçün çox maraqlı güşələr mövcuddur.Burada həmçini uşaqlarında istirahəti  yaddan çıxarılmayıb.Həyətdə  olan qu quşları, müxtəliv növ papuqaylar,  keçilər və  at belində gəzinti uşaqların ən çox sevdiyi istirahət yerləridir. Azərbaycan mətbəxinin bütün gözəl nemətlərini bu restorana gəlməklə sifariş edib dadmaq olar .Yəni müxtəlif çeşidlərdə isti yeməklər, kabablar, salatlar , şirniyyatlar və ən sonda çay süfrəsi burada keçirdiyiniz xoş anlara  dəstək olacaq.